“Heyəti daha da yaxşılaşdıra bilsək, əla olardı” - İdman direktoru

14 May 2025 21:40 İspaniya 659
“Heyəti daha da yaxşılaşdıra bilsək, əla olardı” - İdman direktoru

“Barselona”nın idman direktoru Deku yarımmüdafiəçilər Lamin Yamal və Rafinyanın komanda üçün əhəmiyyətindən danışıb.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəsmisi özlərini Yamal və Rafinyadan asılı hiss etdiklərini bildirib:

“Hazırda özümüzü Yamal və Rafinyadan asılı hiss edirik. Komandanın bu cür xüsusiyyətlərə malik daha çox oyunçuya ehtiyacı var.

Heyəti daha da yaxşılaşdıra bilsək, əla olardı. Amma ən başlıcası indi əlimizdə olanı qorumaqdır”.

“Barselona” bu mövsüm finalda “Real”ı məğlub edərək İspaniya kubokunun qalibi olub. Komanda La Liqada isə çempionluq titulunu qazanmağa çox yaxındır.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!