"Danışdım, onu “Barselona”ya çağırdım, ancaq…”

00:00 İspaniya 81
"Danışdım, onu “Barselona”ya çağırdım, ancaq…”

“Barselona”nın vingeri Rafinya braziliyalı hücumçu Neymarın Kataloniya klubuna qayıtmasının baş tutmaması ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, Neymarla danışdığını və onu kluba çağırdığını söyləyib:

“Neymarın “Barselona”ya mümkün qayıdışı barədə söhbətlər gedirdi. Mən bu barədə onunla danışdım, onu kluba çağırdım. Ancaq nəticədə, bu məsələ bizdən asılı deyildi”.

Neymar bu ilin qış transfer dövründə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılaraq, karyerasına başladığı Braziliyanın “Santos” komandasında davam etməyə qərar verib.

33 yaşlı futbolçunun “Santos”la müqaviləsinin müddəti 2025-ci ilin ortalarınadək qüvvədədir. Hazırda onun bazar dəyəri 15 milyon avro civarında qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti