“Barselona”nın yetirməsini “Real”a gətirmək istəyir

13 May 18:40 İspaniya 158
“Barselona”nın yetirməsini “Real”a gətirmək istəyir

Leverkuzen “Bayer”inin müdafiəçisi Alexandro Qrimaldo yenidən “Real”ın transfer hədəfləri sırasına düşüb.

Daha əvvəl də “kral klubu”nun “Barselona” akademiyasının yetirməsi ilə maraqlandığı bildirilmişdi, ancaq o vaxt bu maraq konkret addımlara çevrilməmişdi.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, gələcəkdə “Real”ın baş məşqçisi olacaq Xabi Alonso Qrimaldonun oyunundan heyranlıqla bəhs edir və onunla Madriddə yenidən bir araya gəlmək istəyir.

“Real” rəhbərliyi 29 yaşlı futbolçunun transferini ciddi şəkildə nəzərdən keçirəcək. Bunun üçün “Bayer”in tələblərinin məqbul hesab olunması kifayət edəcək.

İspaniyalı oyunçunun Leverkuzen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 May 11:00 O olmasın, bu olsun!