
“Barselona”nın hücumçusu Pau Viktor komandasını dəyişmək arzusundadır.
Sportinfo.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.
İspaniyalı forvard bu il əsas heyətə düşməyə başlasa da, qarşıdakı üç oyunun onun üçün sonuncu olacağına qərar verib.
Ötən ay məlum olmuşdu ki, kataloniyalılar Viktorla ayrılmaq istəmirlər. Komandanın baş məşqçisi Hans-Diter Flik onu öz planlarının bir hissəsi kimi görür, ancaq, o, fərqli fikirdədir və inkişafını başqa yerdə davam etdirmək niyyətindədir.
23 yaşlı futbolçu ümumilikdə mövsüm ərzində 27 matçda (362 dəqiqə) meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.