
İspaniya La Liqasının 35-ci turu çərçivəsində keçirilən oyunda “Barselona” doğma meydanda “Real” üzərində 4:3 hesablı qələbə qazanıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu məğlubiyyətdən sonra “Real”ın baş məşqçisi Karlo Ançelotti klub rəhbərliyinə mesaj göndərərək, komandada beş müdafiəçinin olmadığını bildirib.
Rəhbərliyin mediada verdiyi dəstəyə baxmayaraq, italiyalı mütəxəssis şəxsi söhbətlərdə mütəmadi olaraq mərkəz müdafiəçisinin transferini tələb edib.
Ançelottinin ötən yay yeni müdafiəçi istədiyi, qış transfer dövründə isə həmin mövqedə əvəzləyici bir oyunçu almaq niyyətində olduğu bildirilir.
Son oyundan sonra “Real”ın çempion olmaq üçün hələ də riyazi şansı qalsa da, üç tur ərzində “Barselona” ilə olan 7 xal fərqini aradan qaldırmaq praktiki olaraq mümkün görünmür.