“Mən “Barselona”nı onsuz təsəvvür edə bilmirəm”

00:00 İspaniya 85
“Mən “Barselona”nı onsuz təsəvvür edə bilmirəm”

“Barselona”nın vingeri Rafinya Kataloniya klubu haqqında danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klubu özü olmadan təsəvvür edə bilməyəcəyini söyləyib:

“Barselona”sız futbolun zirvəsinə çatmağı düşünmək məntiqsizdir. Düzünü desəm, bu təcrübədən tam həzz alıram, hətta yuxularımda belə, bunu gözləmirdim.

Mən “Barselona”nı Rafinyasız təsəvvür edə bilmirəm.

Bundan sonra nə olacaq? Müqaviləmin uzadılması.

Baş məşqçi mənə kapitanlardan biri olacağımı deyəndə çox həyəcanlandım, çünki düzünü desəm, bunu gözləmirdim.

Karyeram ərzində öyrəndiyim hər şeydən istifadə edərək, Lamin Yamala ən yaxşı məsləhəti verməyə çalışacam”.

Braziliyalı futbolçunun İspaniya klubu ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti