7 qolun vurulduğu “El-Klasiko”nu “Barselona” qazandı - VİDEO

00:00 İspaniya 155
7 qolun vurulduğu “El-Klasiko”nu “Barselona” qazandı - VİDEO

İspaniya La Liqasında 35-ci tur davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün turun mərkəzi matçı oynanılıb.

Maraqla gözlənilən görüşdə "Barselona" "Real"ı qəbul edib. "El-Klassiko" Bakı vaxtı ilə saat 18:15-də başlayıb. Görüş katalonların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da lider "Barselona" turnir cədvəlində xal sayını 82-ə çatdırıb və çempionluq yolunda vacib addım atıb. "Real" isə 75 xalla 2-cidir.

"Barselona" – "Real" 4:3

Qollar: Qarsiya, 19; Yamal, 32; Rafinya, 34, 45 – Mbappe, 5, 14, 70

Digər Xəbərlər
Xəbər Lenti