
“Real” yay transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi yeni sol cinah müdafiəçisi ilə müqavilə imzalamağa hazırlaşır.
Əsas namizəd hazırda “Milan”ın müdafiəçisi Teo Hernandesdir. “Real” artıq fransalı futbolçunun transferi üçün qarşı tərəfə müraciət edib.
Müdafiəçinin Milan klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. O, bu mövsüm 48 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.