“Real”dan 2 futbolçunun transferini istədi – Baş məşqçi postuna əsas namizəd

01:40 İspaniya 118
“Real”dan 2 futbolçunun transferini istədi – Baş məşqçi postuna əsas namizəd

“Real”ın baş məşqçi postuna keçəcəyi gözlənilən Leverkuzen “Bayer”inin çalışdırıcısı Xabi Alonso artıq Madrid klubunun rəhbərliyinə potensial gəlişi halında heyətdə görmək istədiyi iki futbolçunun adını deyib.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Real Sosyedad”ın 26 yaşlı yarımmüdafiəçisi Martin Subimendi və “Bayer”in 29 yaşlı müdafiəçisi Conatan Taya maraq göstərir.

Ancaq Subimendinin transferi “Real” üçün çətinlik yarada bilər. Belə ki, onun artıq “Arsenal”la razılığa gəldiyi bildirilir. “Real”a keçidi, yalnız oyunçunun fikrini dəyişib-dəyişməyəcəyindən asılı olacaq.

Conatan Ta ilə bağlı məsələ isə daha real görünür. Almaniyalı müdafiəçi yayda azad agent statusu qazanacaq və bu, Madrid klubuna onu transfer haqqı ödəmədən heyətə qatmaq imkanı verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...