COP29

“Barselona”ya keçidinə razılıq verdi - Argentinalı yarımmüdafiəçinin

26 May 10:40 İspaniya 1 315
“Barselona”ya keçidinə razılıq verdi - Argentinalı yarımmüdafiəçinin

Hans-Diter Flik gələn mövsümdən etibarən “Barselona”nın yeni baş məşqçisi olacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “Betis”in yarımmüdafiəçisi Quido Rodriqesin Kataloniya klubuna transferinə razılıq verib.

Rodriqesin “Barsa”ya transferini hazırda komandanı çalışdıran Xavi də istəmişdi.

Rodriqes 2020-ci ildən “Betis”də çıxış edir. Argentinalı futbolçu bu müddətdə İspaniya kubokunu qazanmağı bacarıb.

Yarımmüdafiəçinin “Betis”lə müqaviləsi başa çatdıqdan sonra yayda azad agent olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!