COP29

“Ətrafımdakı insanların mənə hər şeyin bitdiyini söyləməli olduğunu hiss etmək istəmirdim"

24 May 19:20 İspaniya 343
“Ətrafımdakı insanların mənə hər şeyin bitdiyini söyləməli olduğunu hiss etmək istəmirdim"

“Real”ın yarımmüdafiəçisi Toni Kroos karyerasını başa vurmaq qərarından danışıb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, alman futbolçu niyə 34 yaşında karyerasını bitirmək qərarına gəldiyini izah edib:

“Ətrafımdakı insanların mənə hər şeyin bitdiyini söyləməli olduğunu hiss etmək istəmirdim.

Ya da ki, daha iki-üç il ehtiyat skamyada oturmalı idim. Bütün bunların qarşısını ala bildiyimə görə şadam”.

Kroos Almaniya millisinin heyətində Avropa çempionatında çıxış etdikdən sonra futbolçu karyerasını bitirmək qərarına gəlib.

Turnir iyunun 14-də başlayacaq. AÇ-2024-ün açılış matçında Almaniya millisi Şotlandiya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"