COP29

“Real”ın keçmiş futbolçusunu transfer etməyə çalışacaq

22 May 00:00 İspaniya 447
“Real”ın keçmiş futbolçusunu transfer etməyə çalışacaq

“Real”ın sabiq yarımmüdafiəçisi Marko Asensio Fransa PSJ-ni tərk edərək İspaniyaya qayıda bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, yarımmüdafiəçinin xidmətində Madrid “Atletiko”su maraqlıdır.

“Hindular” yay transfer pəncərəsində futbolçunu transfer etməyə çalışacaq. Asensionun transfer məbləğinin 25 milyon avronu keçməyəcəyi gözlənilir.

Asensio başa çatan Fransa çempionatında 19 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"