“Bayer”in hansı futbolçusu “Real”ın transfer siyahısında yer aldı?

13 May 2024 01:40 İspaniya 599
“Bayer”in hansı futbolçusu “Real”ın transfer siyahısında yer aldı?

“Real” “Bayer”in yarımmüdafiəçisi Florian Virtsi heyətinə qatmaq niyyətindədir.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres 21 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün artıq ilk addımları atıb.

Virts “Real”ın 2025-ci il üçün prioritet hədəfidir.

Almaniyalı futbolçu bu mövsüm bütün turnirlər də daxil olmaqla 46 matçda iştirak edib, 18 qol vurub və 19 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti