PSJ-nin hücumçusu Kilian Mbappe yaxın vaxtlarda “Real”ın futbolçusu olacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bir gün əvvəl 25 yaşlı hücumçu Paris klubundan ayrılacağını rəsmən açıqlayıb.
Fransalı hücumçu “kral klubu”nda 9 nömrəli formanı geyinəcək. Daha əvvəl mətbuatda Mbappenin “10 nömrə” kimi çıxış edəcəyi bildirilirdi.
Mbappenin Madrid nəhənginə transferinin cari mövsümün sonunda rəsmiləşəcəyi gözlənilir.

