Bu mövsümün sonunda “Real”ı tərk edəcək - Luka Modriç

11 May 2024 22:00 İspaniya 586
Bu mövsümün sonunda “Real”ı tərk edəcək - Luka Modriç

Luka Modriç 2023/2024 mövsümünün sonunda “Real”ı tərk edəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu bu mövsüm daha az oyun vaxtı almağa başlayıb.

Bildirilir ki, 38 yaşlı futbolçunun “Real”dakı son oyunu Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sına qarşı olacaq. Oyun iyunun 1-də keçiriləcək.

Modriç 2012-ci ilin yayında “Tottenhem”dən ayrıldıqdan sonra “Real”da çıxış edib. Futbolçu o vaxtdan bəri 530 rəsmi oyun keçirib, 39 qol vurub və 85 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti