"Barselona" Rafinyanı satmağı planlaşdırır - Ərəblər 80 milyon avro ödəməyə hazırdır

9 May 2024 10:00 İspaniya 841
"Barselona" Rafinyanı satmağı planlaşdırır - Ərəblər 80 milyon avro ödəməyə hazırdır

"Barselona" yayda Rafinyanı satmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı vinger üçün 80 milyon avro tələb edir.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubları 27 yaşlı futbolçu üçün tələb olunan məbləği ödəməyə hazırdır.

"Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti