“Atletiko” Simeonenin yerinə namizədi Premyer Liqada tapdı

7 May 2024 18:40 İspaniya 698
“Atletiko” Simeonenin yerinə namizədi Premyer Liqada tapdı

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino bu mövsümün sonunda istefaya göndərilə bilər.

Sportinfo.az “Todofichajes” portalına istinadən xəbər verir ki, argentinalı mütəxəssisin İspaniya çempionatında işləmək imkanı var.

“Atletiko” Poçettinonun xidmətində maraqlıdır və onu hazırkı baş məşqçi Dieqo Simeonenin əvəzedicisi kimi nəzərdən keçirir.

Poçettinonun rəhbərlik etdiyi “zadəganlar” Premyer Liqada uğursuz çıxış edərək, turnir cədvəlində 8-ci yeri tutur.

“Atletiko” İspaniya çempionatının 34 turundan sonra 67 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti