COP29

"Mən bu xəbəri eşidəndə çox xoşbəxt oldum, çünki klub onu saxlamaq istəyirdi."

7 May 10:20 İspaniya 794
"Mən bu xəbəri eşidəndə çox xoşbəxt oldum, çünki klub onu saxlamaq istəyirdi."

“Barselona”nın sabiq yarımmüdafiəçisi, hazırda MLS-də “İnter Mayami”də çıxış edən Serxio Buskets Xavinin Kataloniya klubunun baş məşqçisi kimi qalmaq qərarı barədə danışıb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu qərarı eşidəndə xoşbəxt olduğunu bildirib:

“Xavi “Barselona”da qalır. Mən bu xəbəri eşidəndə çox xoşbəxt oldum, çünki klub onu saxlamaq istəyirdi.

Bu mövsüm komandanın ən yaxşı mövsümü olmadı. Amma növbəti mövsümə başlamazdan əvvəl komandada çox nikbinlik var”.

Son turda kataloniyalılar səfərdə “Jirona”ya 2:4 hesabı ilə uduzub. “Barsa” İspaniya çempionatının 34 turundan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq