COP29

"Barsa"nı uddular, Çempionlar Liqasına vəsiqə qazandılar - Tarixdə ilk dəfə

6 May 00:10 İspaniya 640
"Barsa"nı uddular, Çempionlar Liqasına vəsiqə qazandılar - Tarixdə ilk dəfə

İspaniya La Liqasının 34-cü turunda “Jirona” “Barselona”nı qəbul edib və rəqibi üzərində 4:2 hesablı qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, “Jirona” bu qələbə sayəsində xallarının sayını 74-ə çıxarıb və “Barselona”nı 1 xal qabaqlayaraq 2-ci pilləyə yüksəlib.

Bu nəticə həm də “Jirona”ya tarixində ilk dəfə Çempionlar Liqasında iştirak etmək hüququ tanıyıb.

Uğurlu çıxış edən komanda növbəti mövsüm ÇL-də mübarizəyə qrup mərhələsindən başlayacağını artıq rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!