Daha iki təklif aldı - İspaniya millisinin forvardı

6 May 2024 00:00 İspaniya 702
Daha iki təklif aldı - İspaniya millisinin forvardı

"Barselona"nın forvardı Ferran Torres daha bir neçə klubdan təklif alıb.

Sportinfo.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Atletiko"nun transfer siyahısında yer alan ispan hücumçu bu dəfə "Sevilya" və "Real Sosyedad"dan təklif alıb.

Amma sonuncu iki klub onu icarəyə götürməyi planlaşdırır.

Torres bu mövsüm İspaniya çempionatında 25 matça çıxıb və 7 qol vurub, 2 asist edib. Onun "Barsa" ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti