COP29

"Barselona" uduzdu, "Real" çempion oldu - 36-cı dəfə

5 May 01:40 İspaniya 334
"Barselona" uduzdu, "Real" çempion oldu - 36-cı dəfə

İspaniya La Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, "Real"dır.

Madrid təmsilçisi La Liqanın 33-cü turunda "Kadis"ə 3:0 hesabı ilə qalib gəlib və xalını 87-yə yüksəldib. "Real"ın ən yaxın izləyicisi "Barselona" isə "Jirona"ya məğlub olub - 2:4.

Bu görüşdən sonra "kral klubu" çempionluğu rəsmiləşdirib. Karlo Ançelottinin baş məşqçisi olduğu komanda turnirin başa çatmasına 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub.

Beləliklə, "Real" tarixində 36-cı dəfə ölkə çempionu tituluna yiyələnib.

"Jirona" qələbə ilə turnir cədvəlində 74 xalla 2-ci pilləyə yüksəlib. "Barselona" isə 73 xalla 3-cü pilləyə enib.

Digər Xəbərlər
Xəbər Lenti