COP29

“Real”ın avtobusunu vurdu - Video çəkmək istəyən sürücü

13 Fevral 15:20 İspaniya 296
“Real”ın avtobusunu vurdu - Video çəkmək istəyən sürücü

“Real”ın futbolçularını və məşqçilər heyətini daşıyan avtobus Çempionlar Liqasının 1/8 final mərhələsində “Leytspiq”lə oyuna gedərkən qəzaya uğrayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” portalı məlumat yayıb.

Bildirilir ki, hadisə Almaniyada baş verib. Magistral yol ilə hərəkət edən avtomobilin sürücüsü “Real”ın futbolçularını aparan avtobusun görüntüsünü çəkməyə çalışıb. Bu zaman o, idarəetməni itirib və onun avtomobili ispan klubunun avtobusu ilə toqquşub. Xəsarət alan olmayıb.

Bu gün “Red Bull Arena”da Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real” və “RB Leypsiq” komandaları arasında ilk oyun keçiriləcək. Cavab oyunu martın 6-da Madriddə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!