"Atletiko" baş məşqçi Dieqo Simeone ilə yola davam edəcək.
Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi argentinalı mütəxəssisin sözləşməsini 2027-ci ilin yayına kimi uzadacaq.
Simeone klubda olan maliyyə problemlərinə görə maaşının azaldılmasına razı olub.
Dieqo Simeone 2011-ci ilin dekabr ayından "Atletiko"nu çalışdırır. Onun klubla hazırkı sözləşməsi mövsümün sonunda başa çatır.

