“Real”da daha bir hücumçu ilə yeni müqavilə - 3 illik

3 Noyabr 2023 01:40 İspaniya 1 048
“Real”da daha bir hücumçu ilə yeni müqavilə - 3 illik

“Real” daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, hücumçu Rodriqo madridlilərlə sözləşməsinin müddətini uzadıb.

Braziliya millisinin üzvü anlaşmasını 3 illik artırıb. 22 yaşlı forvard artıq 2028-ci ilin yayına qədər La Liqa təmsilçisinə məxsusdur.

Rodriqo 2019-cu ildən “Real”da çıxış edir. O, həmin vaxtdan bəri 179 oyun keçirib, 39 qol, 33 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM