Bu dəfə meksikalı hücumçunu “qaralayıb” - "Barsa"

2 Noyabr 2023 16:40 İspaniya 819
Bu dəfə meksikalı hücumçunu “qaralayıb” -

“Feyenoord”un hücumçusu Santyaqo Ximenez “Barselona”nın maraq dairəsindədir.

Sportinfo.az xəbər verir ki, bu iddianı ESPN irəli sürüb.

Bildirilir ki, 22 yaşlı meksikalı futbolçunun Avropa futboluna tez uyğunlaşması “Barselona” rəhbərliyini heyran edib. “Feyenoord”un hücumçunun transferi üçün böyük məbləğ tələb edəcəyi gözlənilir.

Ximenes Niderland klubuna Meksika “Kruz Asul”undan keçib. O, bu mövsüm bütün yarışlarda 12 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM