Paytaxt klubu 3 illik müqavilə imzalayacaq – Baş məşqçi ilə

1 Noyabr 2023 18:20 İspaniya 464
Paytaxt klubu 3 illik müqavilə imzalayacaq – Baş məşqçi ilə

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone klubla müqaviləsini uzatmağa yaxındır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Cope” məlumat yayıb.

Məlumatda bildirilir ki, argentinalı çalışdırıcı Madrid klubu ilə daha 3 il müddətinə müqavilə imzalayacaq. Müqavilədə nəticələr uğursuz olarsa, tərəflərin əməkdaşlığa vaxtından əvvəl xitam verə biləcəyi barədə bənd olacaq.

Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin ortalarına qədərdir.

“Hindular” La Liqanın 10 turundan sonra turnir cədvəlində 3-cü yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti