“Real” müqavilənin müddətini uzatdı - Vinisius Juniorla

1 Noyabr 2023 10:20 İspaniya 488
“Real” müqavilənin müddətini uzatdı - Vinisius Juniorla

“Real” futbolçusu Vinisius Juniorla müqaviləsinin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2027-ci ilədək müqavilə imzalayıblar. Əvvəlki müqavilə bu mövsümün sonuna kimi idi.

Vinisius 2018-ci ildə “Flamenqo”dan 35 milyon avroya “Real”a keçib. Bu mövsüm braziliyalı vinger bütün turnirlərdə 10 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti