La Liqa klubu yunanıstanlı ulduzu transfer etdi

29 Oktyabr 2023 13:10 İspaniya 675
La Liqa klubu yunanıstanlı ulduzu transfer etdi

İspaniya La Liqasında çıxış edən “Betis” 35 yaşlı mərkəz müdafiəçisi Sokratis Papastatopulosu transfer edib.

Sportinfo.az xəbər verir ki, klub yunan futbolçunun keçidini rəsmən elan edib.

Yaydan azad agent olan təcrübəli yunanla cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Papastatopulos əvvəllər Avropanın bir sıra top klublarında, o cümlədən “Milan”, “Arsenal” və “Borussiya Dortmund”da çıxış edib.

Sokratis 2022/23 mövsümünü vətənində “Olimpiakos”un heyətində keçirib və müqavilə müddəti bitdikdən sonra bir neçə ay özünə yeni klub tapa bilməyib.

Papastatopulos 2019-cu ildə karyerasını başa vurduğu Yunanıstan millisində 90 matçda və 3 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti