"O, mütləq “qızıl top”u qazanacaq və bu, tezliklə baş verəcək"

27 Oktyabr 2023 21:40 İspaniya 543
"O, mütləq “qızıl top”u qazanacaq və bu, tezliklə baş verəcək"

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Vinisius Juniorun çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis braziliyalı futbolçunun “qızıl top”u qazanacağına inandığını bildirib:

“Vinisius mütləq “qızıl top”u qazanacaq və bu, tezliklə baş verəcək. O, zədədən yaxşı formada qayıtdı və komandaya Çempionlar Liqasında “Braqa”nı məğlub etməyə (2:1) kömək etdi”.

Vinisiusun “kral klubu” ilə hazırkı müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub. O, bu mövsüm komandanın heyətində 7 La Liqa matçında 2 qol vurub, 1 ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar