“Məncə, “böyük” onu təsvir etmək üçün ən yaxşı sözdür"

27 Oktyabr 2023 18:40 İspaniya 515
“Məncə, “böyük” onu təsvir etmək üçün ən yaxşı sözdür"

“Barselona”nın sabiq futbolçusu Ronaldinyo “Real”ın baş məşqçisi Karlo Ançelottini böyük mütəxəssis hesab etdiyini deyib.

Sportinfo.az xəbər verir ki, braziliyalı keçmiş futbolçu Ançelottini “böyük məşqçi” adlandırıb:

“Böyük məşqçi və gözəl insan. Onun hələ də işləməsi və ildən-ilə yüksək səviyyədə çıxış etməsi nəhəng qabiliyyətindən xəbər verir.

“Məncə, “böyük” onu təsvir etmək üçün ən yaxşı sözdür”.

Ançelotti 2021-ci ildən “kral klubu”na rəhbərlik edir. Onun klubla hazırkı müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub.

Bundan sonra onun Braziliya millisinə rəhbərlik edəcəyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar