"Bu oyunlardan necə istifadə edəcəyinizi bilməlisiz"

27 Oktyabr 2023 00:20 İspaniya 673
"Bu oyunlardan necə istifadə edəcəyinizi bilməlisiz"

“Barselona”nın müdafiəçisi İniqo Martines UEFA Çempionlar Liqasında “Şaxtyor” üzərində qələbəni (2:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu komandasının özünü yaxşı hiss etdiyini bildirib:

“Meydana çıxan hər oyunçu əlindən gələni edir. Ötən gün əvvəllər əsas komandada heç oynamayan biri ilk iki toxunuşu ilə qol vurdu.

Bəli, Fermin Lopez çox yaxşı idi. Bu oyunlardan necə istifadə edəcəyinizi bilməlisiz. Komandamız indi özünü yaxşı hiss edir”.

“Barselona” yer aldığı qrupda 3 turdan sonra 9 xalla liderdir. “Şaxtyor” isə 3 xalla 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM