“Bu dəfə “Barselona” qalib gələcək” - Pike “Real”a şans tanımadı

26 Oktyabr 2023 18:40 İspaniya 993
“Bu dəfə “Barselona” qalib gələcək” - Pike “Real”a şans tanımadı

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike keçmiş komandasından “Real”la qarşılaşmadan gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Pike, sabiq komandasının əla futbol nümayiş etdirdiyini bildirib:

“Möhtəşəm oyun gözləyirəm. “El klasiko” həmişə emosiyalar fırtınasına səbəb olan matçdır. Ümid edirəm ki, bu dəfə “Barselona” qalib gələcək.

Komanda evdə oynayır və indi əla futbol nümayiş etdirir. Kataloniyalılar görüşün favoritidir”.

Qarşılaşma 28 oktyabrda, saat 18:15-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti