Onu 10 milyon avroya almağa hazırdır - "Real"

25 Oktyabr 2023 15:40 İspaniya 993
Onu 10 milyon avroya almağa hazırdır -

“Real” icarə müddəti başa çatdıqdan sonra “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqanı almağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres ispaniyalı futbolçunu ikinci qapıçı rolu üçün ideal variant hesab edir.

“Real” Arrisabalaqa üçün 10 milyon avro ödəməyə hazırdır.

29 yaşlı qolkiper bu mövsüm “kral klubu”nun heyətində bütün yarışlarda 10 oyun keçirib və 8 qol buraxıb. Onun “Çelsi” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM