“Real”da qala bilər – Ən azı daha bir mövsüm

22 Oktyabr 2023 16:55 İspaniya 623
“Real”da qala bilər – Ən azı daha bir mövsüm

“Real”ın baş məşqçisi Karlo Ançelotti ən azı növbəti mövsümdə də klubda qala bilər.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssisin mətbuatda Braziliya millisi ilə ilkin razılıq əldə etdiyi haqda məlumatlar gedirdisə, indi belə bir anlaşmanın olmadığı üzə çıxıb.

Ançelottinin “kral klubu” ilə müqavilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub və hələlik uzadılması ilə bağlı heç bir danışıqlar aparılmayıb.

Ançelotti 2021-ci ildən Madrid komandasının “sükanı arxasındadır”. 64 yaşlı mütəxəssis bundan əvvəl İngiltərənin “Everton” komandasına rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti