“Real” büdrədi - VİDEO

22 Oktyabr 2023 10:40 İspaniya 956
“Real” büdrədi - VİDEO

İspaniya La Liqasının lideri “Real Madrid” X turu xal itkisi ilə başa vurub.

Sportinfo.az xəbər verir ki, “Kral klubu” “Sevilya” səfərində büdrəyib - 1:1.

74-cü dəqiqədə David Alaba qapıları səhv salıb və Madrid klubu hesabda geri düşüb. Lakin 78-ci dəqiqədə Dani Karvaxal bərabərliyi təmin edib.

Bu nəticədən sonra 25 xalı olan “Real Madrid” əvvəlki kimi birinci pillədədir. Uğursuz mövsüm keçirən “Sevilya” doqquz xalla 13-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM