"Üç vacib oyunçumuzda zədələr var, onların bəxti gətirmədi”

22 Oktyabr 2023 00:00 İspaniya 448
"Üç vacib oyunçumuzda zədələr var, onların bəxti gətirmədi”

“Barselona”nın baş məşqçisi Xavi komandanın hücumçusu Robert Levandovskinin nə vaxt meydana çıxa biləcəyini deyib.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis polşalı forvardın özünü yaxşı hiss etdiyini bildirib:

“Ümid edirəm ki, o, oktyabrın 28-də “Real”a qarşı oynaya bilər. Özünü yaxşı hiss edir və irəli gedir.

Ola bilər ki, ağrıları var, amma oynamaq istəyir. O, liderdir və komanda üçün çox önəmlidir. Hər gün ağrıları azalır.

Zədələr bəzən bəxtsizlik üzündən baş verir. Üç vacib oyunçumuzda zədələr var, onların bəxti gətirmədi”.

Kataloniyalılar La Liqada 9 turdan sonra 21 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti