Paytaxt klubu 80 milyon avro tələb edir - “Barselona”dan

16 Oktyabr 2023 18:40 İspaniya 628
Paytaxt klubu 80 milyon avro tələb edir - “Barselona”dan

“Atletiko” “Barselona”da icarə əsasında çıxış edən hücumçu Joao Feliksdən 80 milyon avro qazanacağını gözləyir.

Sportinfo.az xəbər verir ki, Madrid klubundan kataloniyalılara 23 yaşlı portuqaliyalı futbolçunu 80 milyon avroluq təklif qarşılığında satmağa hazır olduqları bildirilib.

“Barselona” çətin maliyyə vəziyyətinə görə bu cür xərcləri ödəyə bilmir.

Ona görə də onların Feliksi yenidən icarəyə götürmək və 2025-ci ildə endirimli qiymətlə satın alacaqları ehtimal olunur.

Feliks bu mövsüm “Barsa”nın heyətində bütün yarışlarda 8 oyun keçirib, 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti