“Barselona”nın müdafiəçisi Andreas Kristensen “Real”ın yarımmüdafiəçisi Çud Bellingemin mövsümün əvvəlindəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, danimarkalı Bellingemin göstərdiyi nəticələri görəndə əsəbiləşdiyini bildirib:
“Onun göstərdiyi nəticələri və vurduğu qolları görəndə əsəbiləşirəm.
Son vaxtlar demək olar ki, həmişə qol vurur və matçların nəticəsini həll edir. İndiyə qədər onun neçə qol vurduğunu da bilmirəm”.
Bellingem bu mövsüm bütün turnirlərdə 10 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

