"Məlum oldu ki, bu, düzgün qərardır"

14 Oktyabr 2023 01:40 İspaniya 734
"Məlum oldu ki, bu, düzgün qərardır"

“Mançester Yunayted”in sabiq hücumçusu Pol Skoulz bu yay Dortmund “Borussiya”sından “Real”a keçən yarımmüdafiəçi Çud Bellingemin oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, Skoulz ingilis futbolçunun “Real”a keçməklə düzgün qərar verdiyini bildirib:

“Mançester Yunayted” onu ala bilərdi, amma sonra Dortmund “Borussiya”sını seçdi. Məlum oldu ki, bu, düzgün qərardır.

İndi o, dünyanın ən güclü klublarından birinə keçib. O, heç nədən narahat olmayan özünə inamlı və istedadlı futbolçudur”.

20 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün yarışlarda 10 matçda meydana çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti