"Çox təəccübləndim, klubdan soruşdum və bilirəm ki…" - Komanda yoldaşlarını qınadı

23 May 15:40 İspaniya 373
"Çox təəccübləndim, klubdan soruşdum və bilirəm ki…" - Komanda yoldaşlarını qınadı

“Barselona”nın hücumçusu Robert Levandovski Rusiyadan olan azarkeşlərə təşəkkür edən komanda yoldaşları Aleks Balde və Serxi Robertonu qınayıb.

Sportinfo.az xəbər verir ki, polşalı futbolçu, komanda yoldaşlarının hərəkətinə təəccübləndiyini deyib:

“Yumşaq desəm, çox təəccübləndim. Bu vəziyyəti klubdan soruşdum və bilirəm ki, bu, rəsmi mövqe deyil,

La Liqa oyunlarını yayımlamaq hüququna malik media nümayəndələri ilə görüş zamanı verilən açıqlamadır.

Belə vəziyyətlərdə çox vaxt kiminlə danışdığınızı belə, bilmirsiz. Əlbəttə ki, bu, bəhanə deyil. Bildiyimə görə, klub bu vəziyyətə cavab olaraq müəyyən addımlar atmaq niyyətindədir”.

Bundan əvvəl “Dinamo” (Kiyev) da Balde İlə Robertonun rus azarkeşlərlə bağlı açıqlamalarına cavab olaraq, ironiya ilə hər iki futbolçuya Rusiya Premyer Liqasında oynamağı tövsiyə etmişdi.

FİFA və UEFA Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzkar hücumundan sonra bu ölkənin klublarını və milli komandalarını himayəsində olan bütün yarışlardan uzaqlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər