Deyir, nəyimiz var, bəsdir: "Transferlərə ehtiyacımız yoxdur"

31 Dekabr 2022 10:20 İspaniya 612
Deyir, nəyimiz var, bəsdir:

“Real”ın baş məşqçisi Karlo Ançelotti qış transfer pəncərəsi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, “kral klubu”nun yeni transferlərə ehtiyac duymadığını deyib:

“Klub futboluna qayıtdığımız üçün xoşbəxtik. Kərim Benzema bizimlədir və o, bizim üçün çox vacib oyunçudur.

Təqvim qarşımıza çox ciddi tələblər qoyur. Mart ayına qədər çoxlu oyunlar olacaq.

Hər bir futbolçunu ayrı-ayrılıqda qiymətləndirəcəyik. Kimin istirahətə, kimin oynamağa ehtiyacı olduğunu müəyyənləşdirəcəyik. Transferlərə ehtiyacımız yoxdur. Düşünürəm ki, biz yaxşı vəziyyətdəyik”.

“Real” İspaniya La Liqasının turnir cədvəlində 35 xalla ikinci yerdədir. Madrid komandası yalnız “Barselona”dan 2 xal geri qalır.

Paytaxt təmsilçisi 15-ci turda “Valyadolid”lə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR