Yusuf “Borussiya”dan “Barselona”ya keçmək istəyirsə...

28 Dekabr 2022 18:40 İspaniya 597
Yusuf  “Borussiya”dan “Barselona”ya keçmək istəyirsə...

“Barselona” Dortmund “Borussiya”sının hücumçusu Yusuf Mukokonu transfer etməkdə maraqlıdır, lakin onun transferi üçün başqa klublarla mübarizə aparmaq niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Daha əvvəl “Borussiya” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq 18 yaşlı Mukokonun “Barselona”ya keçmək niyyətində olduğu bildirilmişdi.

Kataloniya klubunda hesab edirlər ki, Mukoko həqiqətən də “Barsa”da oynamaq istəyirsə, bunun üçün səy göstərməlidir.

18 yaşlı Mukoko bu mövsüm “Borussiya”nın heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

O, Qətərdə keçirilən dünya çempionatında Almaniya millisinin heyətində 1 oyunda meydanda olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR