Daha 2 transfer etdi, 40 yaşlı kapitanla yeni müqavilə bağladı

7 İyul 2022 10:00 İspaniya 624
Daha 2 transfer etdi, 40 yaşlı kapitanla yeni müqavilə bağladı

“Betis” kapitanı Xoakin Sançes ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

40 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilin iyununa kimi nəzərdə tutulub.

Xoakin Sançes “Betis”in öz yetirməsidir. O, “Valensiya”, “Malaqa” və “Fiorentina”da forma geyindikdən sonra 2015-ci ildə yenidən doğma klubuna qayıdıb.

“Betis” heyətini yeni futbolçularla da gücləndirib. La Liqa təmsilçisi Braziliyanın “Fluminense” klubunun gənc forvardı Luis Enrikeni heyətinə qatıb. Braziliyalı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

La Liqa təmsilçisi İtaliyanın “Latsio” klubunun braziliyalı mərkəz müdafiəçisi Luis Felipeni də heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?