Məşhur hücumçu klubdan ayrıldı, "İnstaqram"da yazdı ki...

16 May 2022 21:40 İspaniya 895
Məşhur hücumçu klubdan ayrıldı, "İnstaqram"da yazdı ki...

"Atletiko"dan ayrılacağı açıqlanan Luis Suares klubla vidalaşıb.

Sportinfo.az xəbər verir ki, uruqvaylı hücumçu bununla bağlı "İnstaqram" hesabında paylaşım edib:

​"Hər bir azarkeşə və klub nümayəndələrinə göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Onlara minnətdaram. Hər zaman yanımda olan, məni izləyən ailəmə də təşəkkür edirəm".

2020-ci ildə "Barselona"dan ayrılaraq "Atletiko"ya keçən 35 yaşlı forvard Madrid klubunda 61 oyuna 32 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti