El-Klasiko: "Real" "Barselona"nı uddu, finala qaldı - VİDEO

13 Yanvar 2022 01:40 İspaniya 578
El-Klasiko: "Real" "Barselona"nı uddu, finala qaldı - VİDEO

İspaniya Super Kubokuna start verilib.

ilk dəfə 4 komandanın iştirakı ilə gerçəkləşən Superkubokun ilk yarımfinal oyununda "Real"d" "Barselona" ilə üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Kral Fahd" stadionunda oynanılan El-Klasiko Madrid təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 25-ci dəqiqədə "kral klubu"nun hücumçusu Vinisius Junior açıb. 41-ci dəqiqədə Kataloniya təmsilçisinin heyətində Lük de Yonq tarazlığı bərpa edib.

72-ci dəqiqədə Kərim Benzema yenidən "Real Madrid"i önə keçirsə də, cəmi 11 dəqiqə sonra Ansu Fati hesabı bərabərləşdirib.

Beləliklə, 90 dəqiqədə qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. 98-ci dəqiqədə 3-cü topu rəqibin qapısından keçirən Federiko Valverde Karlo Ançelottinin baş məşqçi olduğu kollektivi finala yüksəldib.

"Real"ın həlledici görüşdəki rəqibi yanvarın 13-də keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü olacaq. Final qarşlaşması isə yanvarın 16-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti