"Bütün gün futbol izləməkdən başqa görüləcək işlərim var"

12 Yanvar 2022 22:00 İspaniya 896
"Bütün gün futbol izləməkdən başqa görüləcək işlərim var"

"Real" İspaniya Super Kubokunun yarımfinal mərhələsində "Barselona" ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, "El Klasiko"dan öncə Madrid təmsilçisinin yarımmüdafiəçisi Toni Kroos açıqlama verib.

Almaniyalı futbolçu "Barselona" ilə görüşün finala bərabər olduğunu deyib:

"Son zamanlar "Barselona"nın oyunlarını çox da izləmirəm. Bütün gün futbol izləməkdən başqa görüləcək işlərim var.

"Barselona"nın futbolçularını tanıyıram. "El Klasiko"da favorit yoxdur, final matçı kimi hər şey ola bilər. Qələbə qazanmaq istəyirik".

"Barselona" - "Real" görüşü bu gün Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti