Sağlıq problemi yox imiş.. “Barselona”ya keçir

11 Yanvar 2022 18:20 İspaniya 918
Sağlıq problemi yox imiş.. “Barselona”ya keçir

“Rayo Valyekano”nun şimali makedoniyalı qapıçısı Stole Dimitirevski karyerasını “Barselona”da davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, məlumata görə, tərəflər artıq müqavilənin şərtlərini razılaşdırıblar.

28 yaşlı futbolçunun Kataloniya klubu ilə müqavilə bağladığı və “Rayo”da komanda yoldaşları ilə vidalaşdığı da bildirilir.

Dimitirevski “Betis”lə qarşılaşmada heyətdə yox idi. Onun sağlıq problemi olduğu bildirilirdi. Əslində isə “Barsa”ya keçidi ilə bağlı məsələləri həll edirmiş.

Qapıçı cari mövsümdə La Liqada 18 oyun keçirib, 14 qol buraxıb. O, Şimali Makedoniya yığmasının əsas qapıçısıdır.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı