“Sonuncu dəfə müqaviləni yeniləyəndə qəsdən 2023-cü ili seçdim"

11 Yanvar 2022 15:20 İspaniya 1 662
“Sonuncu dəfə müqaviləni yeniləyəndə qəsdən 2023-cü ili seçdim"

“Real”ın yarımmüdafiəçisi Toni Kroos gələcək karyerası ilə bağlı planlarından danışıb.

Sportinfo.az xəbər verir ki, Kross “Real”la yeni müqavilə bağlayıb-bağlamayacağı haqda da danışıb.

Onun “kral klubu” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır:

“Sonuncu dəfə müqaviləni yeniləyəndə qəsdən 2023-cü ili seçdim. Çünki həmin vaxt 33 yaşım tamam olacaq.

Ondan sonra nə edəcəyimi düşünmək üçün ən yaxşı vaxtdır. Sözün düzü, bu haqda xüsusi düşünmürəm. Klubla əla münasibətim var.

Karyeramı “Real”da bitirmək niyyətindəyəm. Ümid edirəm ki, bu, elə belə də olacaq. Baxaq görək bu hadisə nə vaxt baş verəcək, 2023-cü ildə, yoxsa bir neçə ildən sonra?”

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!