“Bunu bacarmırsansa, insanları aldatma, ağzını yum”

10 Yanvar 2022 21:40 İspaniya 910
“Bunu bacarmırsansa, insanları aldatma, ağzını yum”

“Barselona”nın müdafiəçisi Pike “Real”la oyunda hakimdən narazı qalan “Valensiya”nın futbolçularını müdafiə edib.

Sportinfo.az xəbər verir ki, Pikenin sosial şəbəkədə yazdıqları “Vilyarreal”ın baş məşqçisi Unai Emerini qəzəbləndirib.

O, “Atletiko” ilə oyundan sonra (2:2) keçirilən mətbuat konfransında “Vilyareal”ın “Barselona” ilə oyunda aldığı məğlubiyyəti (1:3) də xatırladıb.

Emeri iddia edib ki, həmin oyunda top Pikenin əlinə dəydiyi üçün penalti verilməli idi, ancaq hakim səhvə yol verib:

“Dünən Pike “tvitter”də başqa oyundakı hakim səhvi haqda danışıb, ancaq başqa oyun haqda danışmalı idi.

Düzgün və ədalətli olmaq lazımdır. Bunu bacarmırsansa, insanları aldatma, ağzını yum”.

Pikenin Emeriyə cavabı da özünün çox gözlətməyib. O, Unainin PSJ-də çalışdığı vaxt “Barsa”dan aldığı 1:6 hesablı məğlubiyyəti xatırladıb. Emeri həmin oyundakı hakimlikdən hələ də narazılıq edir:

“Üstündən 3 il keçsə də, bu adam hələ də 1:6 hesablı məğlubiyyətə görə hakimi günahlandırır. Bununla barış, Unai”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı