"Evə gedəndə virus bitəcək? Belə bir şey yoxdur"

19 Dekabr 2021 00:20 İspaniya 636
"Evə gedəndə virus bitəcək? Belə bir şey yoxdur"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp son vaxtlar klublarda koronavirusa yoluxma hallarının artması səbəbindən çempionat oyunlarının təxirə salınmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis oyunların təxirə salınmasının düzgün qərar olmadığını deyib:

“Məncə, çempionat oyunlarının təxirə salınması səhv qərardır. Proqram baxımından daha rahat olmalıyıq. Futbol bu ana qədər testlər və intizam sayəsində davam edib, amma indi vəziyyət qarışıqdır.

Bir müddət sonra hər şey eyni olacaq. Virus birdəfəlik bitsə, təxirə salınma qərarını ilk mən dəstəkləyərəm.

Evə gedəndə virus bitəcək? Belə bir şey yoxdur. Həqiqətən, bunun faydası nədir? Ümid edirəm ki, bu tur “Tottenhem”ə qarşı oynaya bilərik”.

İngiltərənin “Liverpul”, “Tottenhem”, “Lester”, “Aston Villa”, “Mançester Yunayted”, “Kristal Pelas”, “Çelsi” klublarında koronavirusa yoluxma halları qeydə alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti